Rusiyada avtomobil qaçıran Azərbaycan vətəndaşı tutulub

Tatarıstan Respublikasının Kazan şəhərində avtomobili içkili vəziyyətdə idarə edən Azərbaycan vətəndaşı saxlanılıb.

İctimaifikir.az report.az-a istinadən bildirir ki, hadisə iyunun 8-i axşam saatlarında Yamaşev küçəsi, ev 92 yaxınlığında qeydə alınıb.

"VAZ-2114" markalı avtomobilə baxış zamanı maşının sol şüşəsinin qırıq olduğu, həmçinin maşını işəsalma açarının naqillərinin birbaşa qoşulduğu məlum olub.

 

Şəxsiyyəti hələ ki, məlum olmayan kişinin sənədləri də üzərində olmayıb.

Azərbaycan vətəndaşı məsələnin araşdırılması üçün polis bölməsinə aparılıb.




[email protected]