Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
İctimaifikir.az report.az-a istinadən bildirir ki, 1978-ci il təvəllüdlü Sabirabad rayon sakini Tağıyev Elnur Əvəz oğlu Şərifzadə küçəsindəki "Günəş petrol" yanacaqdoldurma məntəqəsi yaxınlığında tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Hadisə baş verən zaman o, sərxoş vəziyyətdə olub. Kişi yaralı vəziyyətdə taksi tutaraq xəstəxanaya gedib. O, çoxlu qan itirib.
Faktla bağlı araşdırma aparılır.