Avropa İttifaqı (Aİ) ölkələrinin Azərbaycanın ümumi əmtəə dövriyyəsindəki payı cari ilin ilk 4 ayında 38 faiz olub.
İctimaifikir.az Trend-ə istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Avropa İttifaqı biznes-forumunda deyib.
Nazir qeyd edib ki, ötən il bu göstərici 35 faiz təşkil edib.