Bakıda avtomobil 18 yaşlı qızı vuraraq qaçıb

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə Xəzər rayonunda qeydə alınıb. Belə ki, Binə qəsəbəsində yolu keçən 1999-cu il təvəllüdlü Məmmədova Sona Elxan qızını naməlum avtomobil vurub. Hadisə nəticəsində S.Məmmədovanın ayağı sınıb. Qəzanı törətmiş sürücü hadisə yerindən qaçıb. S.Məmmədova yaxınlıqdakı şəxslərin köməyi ilə xəstəxanaya yerləşdirilib.




[email protected]