Gəncə rusiyalı turistlər arasında populyarlığına görə MBD-nin tarixi şəhərləri arasında ilk beşliyə daxil olub.
İctimaifikir.az Trend-ə istinadən xəbər verir ki, bu "TurStat" analitik agentliyinin yeni hesabatından məlum olub.
Gəncədən başqa ilk beşliyə Türküstan (Qazaxıstan), Səmərqənd (Özbəkistan), Buxara (Özbəkistan) və Taraz (Qazaxıstan) şəhərləri daxil olub.
Analitik agentliyin hesabatında qeyd olunur ki, Gəncəyə hər il 400 mindən çox turist gəlir, onların böyük əksəriyyəti Rusiya turistləridir.