Kədərli haldır ki, müsəlman ölkələrində problemlər getdikcə artır.

Bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım Qətər böhranı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
"Son günlər körfəzdə baş verənlər yeni problemlərin göstəricisidir. Ümid edirik ki, mövcud konfliktlər həll edilmədən yeni problem yaranmaz. Region yeni böhranları qaldıracaq gücdə deyil. Başda cənab prezident olmaqla, hər birimiz məsələ ilə bağlı fəaliyyədəyik”, - baş nazir bildirib.