Amerikalı jurnalist Oliver Stoununun müsahibə zamanı Rusiya lideri Vladimir Putinə verdiyi sual ciddi marağa səbəb olub.

İctimaifikir.az Axar.az-a istinadən xəbər verir ki, jurnalist Putinə "Rusiyada azyaşlılar arasında cinsi azlıqlarla bağlı təbliğatın qadağan olmasını ayrı-seçkilik olaraq görürsünüzmü?” sualını ünvanlayıb.
Kreml rəhbəri isə cavabında cinsi azlıqlara qarşı diskriminasiyanın olmadığını bildirib. Daha sonra Stoun Putinə belə sual verib:
"Əgər sualtı qayıqda homoseksualla duş kabinəsində qalsaydınız, nə edərdiniz?”
Dövlət başçısının cavabı unikal olub:
"Ən yaxşısı, heç duş kabinəsinə girməzdim. Yəni onu nə üçün provokasiyaya çəkim ki! Bilirsiniz, mən həm də cüdoçuyam”.