Hindistanda zavodda partlayış baş verib: ölənlər və yaralananlar var

Hindistanda fişəng istehsal edən zavodda güclü partlayış baş verib.

 

Bu barədə "Agency France Presse" yerli məmura istinadən məlumat yayıb. Agentliyin xəbərinə görə, hadisə Madya-Pradeş ştatında, Balaqhat rayonunda qeydə alınıb. Partlayış nəticəsində 20 nəfər ölüb, daha 10 nəfər xəsarət alıb. Yanğınsöndürənlər zavoddakı yanğını 2 saata söndürüblər. Hadisə yerində 20 yanmış cəsəd aşkarlanıb.

 

İlkin məlumata görə, hadisəyə işçilərdən birinin ehtiyatsızlıq edərək papiros çəkməsi olub.




[email protected]