"Neftçi" darmadağın oldu

Rusiyanın Mahaçqala şəhərində keçirilən "Caspian Cup" turnirinə start verilib.

"Neftçi" darmadağın oldu

İctimaifikir.az apasport.az-a istinadən xəbər verir ki, yarışda ölkəmizi "Qəbələ" və "Neftçi"nin U-14 komandaları təmsil edir.

B qrupunda mübarizə aparan "Neftçi" Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə qarşılaşıb. Yeniyetmə futbolçularımız gürcü yaşıdlarına böyük hesabla uduzub - 1:5.
 
Bütün qolları ilk yarıda buraxan bakılılar təsəlli qolunu fasilədən sonra vurublar. Qrupun digər oyununda "Anji" "Yunost"la heç-heçə edib - 1:1. 
 
Bu gün "Qəbələ" "Ramzan"la, "Neftçi" isə "Yunost"la qarşılaşacaq.




[email protected]