Bakıda avtobus qəzası baş verib.
İctimaifikir.az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində, Azadlıq prospektində qeydə alınıb. 202 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusu "İsuzu" markalı yük maşını ilə toqquşub.
Binəqədi rayon Polis İdarəsindən sayta bildirilib ki, qəza nəticəsində ölən və xəsarət alan olmayıb.