Göygöldə qaz balonun partlaması nəticəsində bir nəfər xəsarət alıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızılca kəndində qeydə alınıb. Kənd sakini 1988-ci il təvəllüdlü Nəbiyeva Marifə Marif qızı yaşadığı evdə qaz balonun kranını acan zaman partlayış baş verib. Yuxarı və aşağı ətrafların yanığı xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib.
Vəziyyətinin orta ağır olduğu bildirilir.