"London taksisi" polis əməkdaşını vurub

Bakıda "London taksisi" polis əməkdaşının vurub.
APA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Zərifə Əliyeva küçəsində qeydə alınıb.

10 TH 572 dövlət qeydiyyat nişanlı London taksisi yolu keçən, Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşı, polis baş serjantı Sevindik Rzayevi vurub.

Nəticədə S. Rzayev DİN-in hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


[email protected]