Bakının Nərimanov rayonunda döyülmə hadisəsi baş verib.
İctimaifikir.az "Report"a istinadən bildirir ki, insident Ziya Bünyadov prospekti, 38 ünvanında qeydə alınıb.
Otuz beş yaşlı Məhərrəmov Nizami Niyazi oğlu sürücülük məktəbinin həyətində dostu ilə mübahisə edib. Bu zaman o, küt alətlə bədənindən ağır xəsarət alıb. Nəticədə qabırğaları qırılan zərərçəkmiş xəstəxanaya yerləşdirilib.