Uşaq bağçasının həyətində döyülərək baltalanıb - Bakıda

Bakının Sabunçu rayonunda döyülmə hadisəsi qeydə alınıb.

İctimaifikir.az report.az-a istinadən bildirir ki, insident paytaxtın 86 saylı uşaq bağçasının həyətində baş verib.

1979-cu il təvəllüdlü Səfərov Vüqar Yusif oğlu tanımadığı bir neçə şəxs tərəfindən döyülüb. Həmin şəxslər, həmçinin onun baş və bədən nahiyələrinə balta ilə xəsarət yetiriblər. Yaralı xəstəxanaya yerləşdirilib.

 

Fakt araşdırılır.

Uşaq bağçasının həyətində döyülərək baltalanıb - Bakıda


[email protected]