Abşeron rayonunun Masazır qəsəbəsində iki dost arasında xəsarətlə nəticələnən dava baş verib.
İctimaifikir.az report.az-a istinadən bildirir ki, hadisə Mədəniyyət Evinin həyətində qeydə alınıb.
1972-ci il təvəllüdlü Kərimov Qafar Yusif oğlu dostu tərəfindən döyülüb. Qarşı tərəf ardınca şüşə qədəhi onun başına vurub. O, baş nahiyəsindən xəsarət alaraq xəstəxanaya yerləşdirilib.