Türkiyə milli komandasının Makedoniya ilə yoldaşlıq görüşü və Kosovoya qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları üçün heyəti açıqlanıb.
İctimaifikir.az goal.az-a istinadən xəbər verir ki, baş məşqçi Fatih Terim qarşıdakı oyunlara 30 futbolçu dəvət edib.
Onların arasında 17 yaşlı qapıçısı Berke Özer də var. "Altınordu"da forma geyinən Özer peşəkar oyunçu kimi ilk matçına aprelin 19-da çıxıb. Bundan cəmi 43 gün sonra o, U-17 millisindən əsas yığmaya çağırılıb.
Türkiyə yığmasının heyəti: Berke Özer ("Altınordu"), Harun Tekin ("Bursaspor"), Volkan Babacan ("Başakşehir")
Müdafiəçilər: Gökhan Gönül ("Beşiktaş"), Şener Özbayraklı ("Fenerbahçe"), Ahmet Yılmaz Çalık ("Qalatasaray), Çağlar Söyüncü ("Freiburg", Almaniya), Mehmet Topal ("Fenerbahçe"), Semih Kaya ("Galatasaray), Caner Erkin ("Beşiktaş"), Hasan Ali Kaldırım ("Fenerbahçe"), İsmail Köybaşı ("Fenerbahçe"), Kaan Ayhan ("Fortuna" Düsseldorf, Almaniya)
Yarımmüdafiəçilər: Ozan Tufan (Fənərbağça"), Selçuk İnan ("Galatasaray"), Serdar Gürler ("Genclerbirliyi"), Volkan Şen ("Fenerbahçe"), Deniz Türüç ("Kayserispor"), Emre Akbaba ("Alanyaspor"), Oğuzhan Özyakup ("Beşiktaş"), Yusuf Yazıcı ("Trabzonspor"), Cengiz Ünder ("Başakşehir"), Olcay Şahan (Trabzonspor"), Emre Mor ("Borussia Dortmund, Almaniya), Emre Çolak ("Deportivo", İspaniya), Arda Turan ("Barcelona", İspaniya)
Hücumçular: Cenk Tosun ("Beşiktaş"), Burak Yılmaz ("Beijing Guoan", Çin), Enes Ünal ("Villarreal", İspaniya), Yunus Mallı ("Wolfsburg", Almaniya)
Qeyd edək ki, Türkiyə yığması Makedoniya ilə iyunun 5-də Skopyedə, Kosovo ilə isə iyunun 11-də Almaniyanın İşkodra şəhərində üz-üzə gələcək.