Azərbaycanda bank sədrinin müavini işdən çıxdı

"Muğanbank" ASC-nin rəhbərliyində dəyişiklik olub.

İctimaifikir.az  APA-ya istinadən xəbər verir ki, İdarə Heyəti sədrinin müavini Rasim İsmayılov bankla yollarını ayırıb.

Qeyd edək ki, R.İsmayılov 2001-ci ilin sentyabr ayından etibarən "Muğanbank"da çalışıb.

Hələlik onun yerinə təyinat yoxdur. Beləliklə, bankın İdarə Heyəti üzvlərinin sayı 6-ya enib.

 

"Muğanbank" ASC 1992-ci ildə yaradılıb.

Azərbaycanda bank sədrinin müavini işdən çıxdı


[email protected]