Dünyanın ən məşhur idmançısı: Kriştianu

Kriştianu Ronaldu dünyanın ən məşhur idmançısı hesab olunub.

Dünyanın ən məşhur idmançısı: Kriştianu

İctimaifikir.az apasport.az-a istinadən xəbər verir ki, bu barədə araşdırmanı ABŞ-ın ESPN telekanalı aparıb.

Amerikalı həmkarlarımızın bir çox ölkələrdəki mütəxəssislərin köməyi ilə apardığı sorğunun nəticəsinə görə, portuqaliyalı futbolçu hər kəsi qabaqlayıb.
 
Onu NBA ulduzu Lebron Ceyms izləyir. Üçüncülük isə "Barselona" və Argentina millisinin hücumçusu Lionel Messiyə məxsusdur.
 
Tennisçi Roje Federerin 4-cü olduğu sıralamada ilk 5-i qolf ustası Fil Mikelson tamamlayıb.
 
İlk 10-luq aşağıdakı şəkildə formalaşıb.
 
1. Kristiano Ronaldu - futbol
2. Lebron Ceyms - basketbol
3. Lionel Messi - futbol
4. Roje Federer - tennis
5. Fil Mikelson - qolf
6. Neymar - futbol
7. Useyin Bolt - yüngül atletika
8. Kevin Dürant - basketbol
9. Rafael Nadal - tennis
10. Tayqer Vuds - qolf




[email protected]