Hakan Şükürə daha bir zərbə

Türkiyə Futbol Federasiyası yığmanın və "Qalatasaray"ın sabiq futbolçu Hakan Şükürlə bağlı qərar gözlənilməz qərar qəbul edib. 

Hakan Şükürə daha bir zərbə

İctimaifikir.az  qol.az-a istinadən xəbər verir ki, TFF-nin rəsmi saytının yaydığı məlumatda qeyd olunub ki, federasiyasının Baş Assambleyasından öncə Hakan Şükürün səsvermə hüququ ləğv edilib. 

Onun yerinə isə Ogün Temizkanoğlu seçilib və iyunun 9-da keçiriləcək Baş Assamblyeda da məhz o, səs verəcək. 

 

Xatırladaq ki, hazırda ABŞ-da yaşayan H.Şükürün FETÖ ilə əlaqəsinin olduğu deyilir.




[email protected]