Goranboyda yol qəzası baş verib, xəsarət alan var

Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Rəhimli kəndində qeydə alınıb. "VAZ”markalı avtomobilin digər maşınla toqquşması nəticəsində bir nəfər rayon sakini 1979-cu il təvəllüdlü Rəşad Tağıyev müxtəlif bədən xəsaərtləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.




[email protected]