Bakıda 5 yaşlı uşağın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Səbayel rayonu, "20-ci sahə" adlanan ərazidə qeydə alınıb. Belə ki, "90-SU-592" dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobil yolu keçmək istəyən 2012-ci il təvəllüdlü Əhmədzadə Mədinə Samir qızını vurub. Hadisəni törətmiş avtomobilin sürücüsü xəsarət almış uşağı dərhal xəstəxanaya aparıb.
Faktla bağlı Səbayel Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.