Qazaxda 37 yaşlı futbolçu ölüb

Qazaxda futbolçu ürək tutmasından dünyasını dəyişib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xanlıqlar kənd sakini, ürək xəstəliyindən əziyyət çəkən, 1980-ci il təvəllüdlü Sarıyev Qoşqar Nadim oğlunun səhhəti mayın 30-da kəskin pisləşib. O, Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, Q. Sarıyev Qazağın "Göyəzən” futbol komandasının oyunçusu olub.




[email protected]