Əfqanıstanın paytaxtı Kabildə partlayıcı maddə ilə doldurulmuş avtomobil partlayıb.
İctimaifikir.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində onlarla insan həlak olub, 100-dən artıq isə yaralanıb.
Qeyd edək ki, partlayış bu gün səhər saatlarında prezident sarayının və xarici səfirliklərin binalarının yaxınlığında baş verib. Bir çox binalar partlayışdan sonra zədələnib.
