Futbol üzrə Avropa Liqasında çıxış edəcək Azərbaycan klubları Rumıniya çempionu "Vitorul"la yoxlama matçı keçirəcəklər.
İctimaifikir.az-ın "Report"-a istinadən verdiyi məlumata görə, George Hacının baş məşqçi olduğu komanda iyunun 17-də "İnter"lə, iyunun 20-də "Zirə" ilə qarşılaşacaqlar. Hər iki görüş Türkiyədə olacaq.
"Qəbələ" ilə oyunun isə Sloveniya toplanışı çərçivəsində iyunun 26-da baş tutacağı bildirilir. Lakin rəqiblərin dəyişilməsinin mümkünlüyü də vurğulanıb.
Qeyd edək ki, "İnter" və "Zirə" yay toplanışını Boluda keçəcək. "Qəbələ" isə Avstriyaya yollanacaq. Bu səbəbdən, "Vitorul" - "Qəbələ" matçının baş tutması real deyil.