Qazaxda çoban ürək tutmasından ölüb

Qazaxda heyvanları otaran çoban ürək tutmasından dünyasını dəyişib.



APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.

Kənd sakini, 1960-cı il təvəllüdlü Kərimov Məhəmməd Şahqulu oğlu çöldə heyvan otararkən özünü pis hiss edib. Təcili yardım avtomobili ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılarkən o, ürək tutmasından yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.




[email protected]