Qusar rayonunda intihar hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə mayın 25-də axşam saatlarında rayonun Çağar Qışlaq kəndində qeydə alınıb. Kənd sakini, 1984-cü il təvəllüdlü Əhmədov Mahir Məbulla oğlu özünü yaşadığı evin həyətindəki talvardan asaraq intihar edib.
M.Əhmədovun ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.