Rusiyada baş verən yanğınlar nəticəsində 130 ev yanıb, ölənlər var

Rusiyanın Krasnoyarsk diyarında baş verən yanğınlar nəticəsində 130 ev yanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, müxtəlif şəhər və yaşayış məntəqələrində 500-dən çox insan evsiz qalıb, Kansk şəhərində isə 2 nəfər yanaraq ölüb. Çoxsaylı yanğınlarla əlaqədar regionda fövqəladə vəziyyət rejimi elan edilib.

İrimiqyaslı yanğınlara səbəb yerli sakinlərin odla ehtiyatsız davranması, quru otun yandırılması olub. Güclü külək isə yanğının daha geniş ərazilərə yayılmasına şərait yaradıb.


[email protected]