Qitənin ikinci dərəcəli klub turniri olan Avropa Liqasının finalı keçirilib.
İctimaifikir.az apasport.az-a istinadən xəbər verir ki,həlledici görüşdə "Ayaks" və "Mançester Yunayted" üz-üzə gəlib.
Çempionlar Liqasına çıxmaq baxımından əhəmiyyətli olan oyun buna daha çox ehtiyacı olan "Mançester Yunayted"in qələbəsi ilə başa çatıb. Belə ki, Joze Mourinyonun yetirmələri Premyer Liqada 6-cı yerdə qərarlaşdırdıqlarından bu matça xilas kimi baxırdılar.

Görüşdə hesabı Pol Poqba açıb. Fransız oyunçu 18-ci dəqiqədə fərqlənib. İlk hissə bu hesabla başa çatıb. İkinci yarının əvvəlində Mxitaryanın qolu ilə fərqi iki topa çatdıran "qırmızı şeytanlar" sona qədər üstünlüyü əldən verməyib və kuboku Mançesterə aparmağı bacarıb.