Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
İctimaifikir.az "Report"a istinadən bildirir ki, Bakı metropoliteninin "20 Yanvar" stansiyası yaxınlığında 1954-cü il təvəllüdlü Taharova Kəmalə İslam qızı idarə etdiyi "Hundai" markalı avtomobildə idarəetməni itirərək yol kənarındakı səkiyə çırpılıb.
Nəticədə maşında olan təhlükəsizlik yastığı açılıb və qadın sürücü kəllə-beyin silkələnməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.