Joze Mourinyo 3-cü, "Mançester Yunayted" 5-ci oldu

Avropa Liqasının final matçında "Ayaks"ı 2:0 hesabı ilə məğlub edən "Mançester Yunayted" tarixində ilk dəfə kuboka sahib çıxıb.

İctimaifikir.az apasport.az-a istinadən xəbər verir ki, bununla da "qırmızı şeytanlar" üç böyük Avropa kubokunu başı üzərinə qaldıran 5-ci komanda olub. Mançesterlilər Çempionlar Liqası, Avropa Liqası və Kuboklar Kubokunu qazanıb. Buna qədər isə "Yuventus", "Ayaks", "Bavariya" və "Çelsi" eyni uğuru əldə edib.

Joze Mourinyo 3-cü, "Mançester Yunayted" 5-ci oldu
 
Bu qələbə həm də Joze Mourinyo üçün əlamətdar olub. Portuqaliyalı çalışdırıcı 3 fərqli klubla Avrokuboklarda qalib olmuş 3-cü məşqçi olub. Mou Avroliqadakı qələbəyə qədər "Çelsi" və "Portu" ilə qitənin ən nüfuzlu klub turnirində hamıdan güclü olmuşdu. Buna qədər isə eyni uğuru Rafael Benites ("Valensiya" ilə UEFA Kuboku - 2004, "Liverpul" ilə Çempionlar Liqası - 2005 və "Çelsi" ilə Avropa Liqası - 2013) və Udo Lattek ("Bavariya" ilə Çempion Klublar Kuboku - 1974, "Borussiya" ilə UEFA Kuboku - 1979 və "Barselona" ilə Kuboklar Kuboku - 1982) qazanıb.




[email protected]