Bakının Binəqədi rayonunda fəhlə bədbəxt hadisə nəticəsində xəsarət alıb.
İctimaifikir.az "Report"a istinadən bildirir ki, hadisə Xocasən qəsəbəsində qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü Dövran Adıgözəlov fərdi yaşayış evlərindən birinin ikinci mərtəbəsində iş görən zaman yerə yıxılıb. Nəticədə yerdə olan dəmir parçası onun boğaz nahiyəsinə batıb. Həmçinin kəllə-beyin travması alan yaralı xəstəxanaya yerləşdirilib.