Filippin prezidenti Rusiyaya rəsmi səfərini yarımçıq qoyub

Filippin prezidenti Rodriqo Duterte ölkəsinin regionlarından birində İŞİD-ə qarşı aparılan anti-terror əməliyyatı səbəbindən Rusiyaya rəsmi səfərini yarımçıq qoyub.

 

Duterte Moskvaya ötən gün gəlib və mayın 26-dək Rusiyada olmağı planlaşdırırdı.

 

Prezidentin Moskvanı rusiyalı həmkarı Vladimir Putinlə danışıqlardan dərhal sonra tərk edəcəyi gözlənilir.




[email protected]