Bakıda özünü 5-ci mərtəbədən yerə atan gənc oğlan ölüb

Bakının Xəzər rayonunda intihara cəhd hadisəsi ölümlə nəticələnib.

 

İctimaifikir.az "Report"-a istinadən xəbər verir ki, ötən gün özünü Binə qəsəbəsindəki binalardan birinin 5-ci mərtəbəsindən yerə atan 16 yaşlı gənc xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.




[email protected]