Bu gün Bakı və Sumqayıtda şagirdlər imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı və Sumqayıt şəhərlərində monitorinq imtahanı keçirəcək.

İctimaifikir.az Trend-ə istinadən bildirir ki,  imtahan Bakı və Sumqayıt şəhərlərində yerləşən, reprezenatativ seçmə əsasında müəyyən olunan 206 məktəbdə 11-ci sinifdə təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənlərindən keçiriləcək.

Bu gün Bakı və Sumqayıtda şagirdlər imtahan verəcək

Monitorinq imtahanlarında 12522 şagirdin iştirakı nəzərdə tutulur.

 

İmtahan saat 10:00 da başlanacaq. Əvvəlcə riyaziyyat, sonra isə Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək. Riyaziyyat fənni üzrə imtahan 1 saat, Azərbaycan dili fənni üzrə isə 45 dəqiqə davam edir.




[email protected]