Tayvanda xəstəxanada yanğın: 4 ölü

Tayvan adasının cənubunda Pindun şəhərində qocalar üçün tibbi-reabilitasiya mərkəzində yanğın nəticəsində dörd nəfər ölüb, daha 55 nəfər xəsarət alıb.

 İctimaifikir.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu haqda CNA agentliyi xəbər verir.

Təcili xidmətlərin məlumatına görə, yanğın mayın 19-u səhər baş verib, dörd nəfər diri-diri öz yataqlarında yanıb. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir. Xəsarət alanların əksəriyyətində dəm qazından zəhərlənmənin əlamətləri müşahidə olunur.

 

Yanğının başvermə səbəbi hələlik məlum deyil. Araşdırma aparılır.




[email protected]