“Qəbələ”nin rəqibi çempion oldu

Belçika Jüpiler Liqasında çempion bəlli olub.

“Qəbələ”nin rəqibi çempion oldu

İctimaifikir.az apasport.az-a istinadən xəbər verir ki, marafonu "Anderlext" qalib kimi bitirib.

30 turluq normal mövsümü də lider kimi başa vuran "bənövşəyilər" ilk 6 sıradakı komandanın qatıldığı çempionluq yarışında da hər kəsi qabaqlayıb.
 
Pley-offların 9-cu turunda "Şarleroy"a səfərdə 3:1 hesabı ilə qalib gələn komanda sona bir tur qalmış çempionluğu təmin edib.
 
Qeyd edək ki, başa çatmaqda olan mövsümdə təmsilçimiz "Qəbələ" ilə birlikdə UEFA Avropa Liqasında eyni qrupda mübarizə aparmış "Anderlext" hər iki matçda 3:1 hesablı qələbə qazanıb. 




[email protected]