SON XƏBƏRLƏR
Bakıda taksi sürücüləri arasında müştəri üstündə bıçaqlanma olub

Bakının Nizami rayonu ərazisində taksi sürücüləri arasında bıçaqlanma hadisəsi baş verib.

Bakıda taksi sürücüləri arasında müştəri üstündə bıçaqlanma olub

İctimaifikir.az report.az-a istinadən bildirir ki, hadisə metropolitenin "Koroğlu" stansiyası yaxınlığında qeydə alınıb.

Ərazidə taksi fəaliyyəti ilə məşğul olan 1995-ci il təvəllüdlü Orucov Elnur Asif oğlu digər taksi sürücüsü ilə müştəri üstündə əlbəyaxa olub. Nəticədə E.Orucov bıçaqlanıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.




[email protected]