Mafiya üçün lüks həbsxana kameraları - FOTO

52  düymlük ekranı olan televizor, kompüter oyunları, kismerlər, rahat çarpayılar, soyuducu, kondisiner və "Kamasutra" adlı güzgülü otaq.

Mafiya üçün lüks həbsxana kameraları - FOTO

"Kamasutra" adlı otağa çevrilmiş kamera cinayətkarların yanlarına görüş alaraq gələn arvadları ilə bir araya gəlmələri üçün nəzərdə tutulmuşdu.

İctimaifikir.az Milli.Az-a istinadən bildirir ki, bütün bunlar Hondurasın paytaxtı Tequsiqaopanın yaxınlığındakı Tamara şəhərindəki "Marko Aurelio Soto" həbsxanasında "Mara Salvatruça 13" (MS-13) mütəşəkkil cinayətkar qruplaşmasının üzvləri üçün yaradılmış şərait idi.

Tamara şəhərindəki həbsxanada MS-13-ün 773 mənsubu cəza çəkirdi. Onların kameralarındakı lüks şəraitlə bağlı fotolar sosial şəbəkələrdə yayılandan sonra qalmaqal qopub. Hondurasın DİN-i araşdırmalara başlayıb və həbsxanadakı MS-13 mənsublarının hamısı ölkənin qərbindəki El Parasio vilayətinə, La Tova şəhərindəki "El Pozo 2" həbsxanasına köçürülüb.

 

Cənubi, Mərkəzi və Şimali Amerikalarda MS-13 ilə "Barrio 18" mafiya təşkilatları arasında amansız qarşıdurma var. Bu qarşıdurma kriminogen baxımdan dünyanın ən təhlükəli ölkələrindən biri sayılan Hondurasda xüsusilə amansız və qanlıdır.

MS-13 və "Barrio 18" qruplaşmaları təqribən 20 il əvvəl ABŞ-ın Los-Anceles şəhərində, əslən Salvadordan olan miqrantlar tərəfindən yaradılıblar.




[email protected]