Tramp FTB-nun direktoru vəzifəsinə 4 namizəd ilə görüşəcək

ABŞ prezidenti Donald Tramp Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru vəzifəsinə 4 namizəd ilə görüşəcək.

Tramp FTB-nun direktoru vəzifəsinə 4 namizəd ilə görüşəcək

İctimaifikir.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ prezidentinin mətbuat katibi Şon Spayser deyib.

Spayserin sözlərinə görə, namizədlər arasında sabiq müstəqil ABŞ senatoru Co Liberman və FTB-nun direktoru vəzifəsinin icraçısı Endyu Makkeybdə var.

Qeyd edək ki, Tramp sabiq FTB-nun direktoru Ceyms Komini ötən həftə səlahiyyətlərini yerinə yetirə bilməməyi səbəbi ilə vəzifəsindən uzaqlaşdırıb.




[email protected]