“Şado Brokers” haker qrupu bəzi ölkələrin raket və nüvə proqramları məlumatlarını yayacaq

"Şado Brokers” haker qrupu bəzi ölkələrin raket və nüvə proqramları məlumatlarını yayımlayacağını bildirib.

İctimaifikir.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Röyter” məlumat yayıb. "Hakerlər Rusiya, Çin, İran və Şimali Koreyanı əldə edilən məlumatlarla təhdid edirlər. Onlar həmçinin "Smartfon” istifadəçilərinə də haker proqramları təqdim edəcəklərini açıqlayıblar”, - xəbərdə deyilib.


Qeyd edək ki, "Maykrasoft” nümayəndələri "Şado Brokers”in mümkün hücumlarının qarşısını almaq üçün hazırlıqlar gördüklərini açıqlayıblar.




[email protected]