Ağ Ev: Tramp Lavrovla ABŞ və Rusiya üçün ümumi təhlükəyə dair məlumatları bölüşüb

ABŞ prezidenti Donald Tramp Rusiya XİN rəhbəri Sergey Lavrovla iki ölkə üçün ümumi təhlükəyə dair məlumatlarla bölüşüb. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser deyib. 
 
 Onun sözlərinə görə, ötən həftə baş tutan görüş zamanı söhbət Rusiya və ABŞ-ın aviasiya təhlükəsizliyinə "ümumi təhdid”dən gedib.

"Bölüşdüyümüz məlumat ümumi təhlükə barədə olub. Bu təhlükənin qarşısını almaq bizim ümumi məqsədimizdir. Hesab edirəm ki, həmin məlumatla bölüşmək olduqca yerinə düşüb”, - deyə Spayser qeyd edib. 

Qeyd edək ki, "Washington Post” bundan əvvəl yaydığı məlumatda qeyd etmişdi ki, Tramp danışıqlar zamanı Lavrova İŞİD-lə bağlı tamamilə məxfi məlumatlar təqdim edib. Yerli KİV-lər söhbətin təyyarələrdə terror aktı təhlükəsindən getdiyini ehtimal edirlər.


[email protected]