ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşü zamanı FETÖ ilə əlaqədə ittiham olunan amerikalı keşiş Endryu Bransonun azadlığa buraxılmasını xahiş edib.
APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.
"Prezident Tramp keşiş Endryu Bransonun həbsi məsələsini qaldıraraq, Türkiyə hökumətindən onun tezliklə ABŞ-a göndərilməsini təmin etməyi xahiş edib”, - deyə məlumatda bildirilir.
Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı alındıqdan sonra FETÖ ilə əlaqədə ittiham olunaraq həbs edilən şəxslər arasında amerikalı keşiş Endryu Branson da var. Onun barəsində 2016-cı ilin oktyabrından həbs qətimkan tədbiri seçilib.