Bakı - 2017: Daha bir güləşçimiz yarımfinalda

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında yunan-roma güləşi üzrə yarışlarda güləşçimiz Rafiq Hüseynov (80 kq) dörddəbir finalda xalça üzərinə çıxıb.

Bakı - 2017: Daha bir güləşçimiz yarımfinalda

İctimaifikir.az Trend-ə istinadən xəbər verir ki, ilk görüşdə idmançımız Qırğızıstan təmsilçisi Azisbekov Atabek ilə qarşılaşıb. Mübarizə 5:1 hesabı ilə güləşçimizin qələbəsi ilə başa çatıb. Beləliklə, güləşçimiz yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.




[email protected]