Seyad Kolaşinats mövsümün sonunda "Şalke"dən ayrılacaq.
İctimaifikir.az qol.az-a istinadən xəbər verir ki, bosniyalı müdafiəçinin artıq yeni klubu bəllidir. Belə ki, Kolaşinats "Arsenal"la anlaşıb.
23 yaşlı müdafiəçi iyulun 1-dən etibarən yeni klubunun düşərgəsinə qoşulacaq. Hələlik Kolaşinatsın keçidinin detalları məlum deyil.
Qeyd edək ki, "Şalke"nin üzvü ilə "Milan" və "Mançester Siti" də maraqlanırdı.