Bu gün sevincimin həddi-hüdudu yoxdur. Ölkəmə qızıl medal qazandırmışam.
İctimaifikir.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında karate üzrə yarışlarda qızıl medal qazanmış idmançımız Ayxan Mamoyev deyib.
O bildirib ki, döyüşləri ağır keçib:
"Amma şadam ki, qalib gəldim. Döyüşə yaxşı hazırlaşmışdım. Qələbəmi torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizə həsr edirəm. Qarşıda olimpiya oyunlarına hazırlaşacağam".