Azərbaycan atıcısı üçüncü qızıl medalını qazandı

Azərbaycan idmançısı Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarında üçüncü qızıl medalını qazanıb.

 Azərbaycan atıcısı üçüncü qızıl medalını qazandı

İctimaifikir.az Trend-ə istinadən xəbər verir ki, təmsilçimiz kişilər arasında 25 metr məsafədən standart tapança ilə atəş açma yarışında rəqiblərindən daha dəqiq olub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.




[email protected]