23 yaşlı gənc bıçaqlandı - Sabirabadda tanış tanışının qanın tökdü

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

23 yaşlı gənc bıçaqlandı - Sabirabadda tanış tanışının qanın tökdü

Ictimaifikir/az APA-ya istinadən xəbər verir ki, rayonun Qarağac kənd sakini, 1994-cü il təvəllüdlü Orucov Elmir Etibar oğlu tanışı tərəfindən bıçaqlanıb.
 
Şirvan Şəhər Xəstəxanasına çatdırılan E.Orucovun üzərində cərrahiyyə əməliyyatı aparılır.
 
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində cinayət işi açılıb.




[email protected]