Bakı-2017: Azərbaycan atıcısı finalda

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarında kişilər arasında 50 metr məsafədən tapança ilə atəş açma yarışının finalçıları müəyyənləşib.

Bakı-2017: Azərbaycan atıcısı finalda

İctimaifikir.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan atıcısı Rəsul Məmmədov 538 xalla finala yüksəlib.

Digər təmsilçimiz Rəhim Rəhimov təsnifatda mübarizəni dayandırıb, Ruslan Lunyov isə yarışa qatılmayıb.

 

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.




[email protected]