Rusiya vətəndaşı Dubayda həbs edildi

Birləşmiş Ərəb Əmirliyində yaşayan Rusiya vətəndaşı Dubayda polis əməkdaşlarına başqa birinin şəxsiyyət vəsiqəsini göstərdiyi üçün üç ay müddətinə həbs edilib.

 İctimaifikir.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumat "Gulf News" qəzetində yer alıb.

Məlumata görə, 32 yaşlı kişi mart ayında saxlanılıb. Polis rusyalıdan sənədləri təqdim etməsini istədikdə o, yeddi ay əvvəl BƏƏ-ni tərk etmiş başqa bir şəxsin şəxsiyyət vəsiqəsini göstərib.

Dubay məhkəməsi Rusiyalını yalan məlumat verməkdə günahkar bilib. O, günahını etiraf edib və BƏƏ-də 2004-cü ildən qanunsuz yaşadığını bildirib. Qəzet bildirir ki, rusiyalı cəzasını çəkdikdən sonra deportasiya olunacaq.

 




[email protected]