İraqda İŞİD liderinin köməkçisi məhv edilib.

İctimaifikir.az-ın "Report"a istinadən məlumatıına görə, bu barədə "AlSumaria" telekanalı Diyala vilayəti administrasiyası təmsilçisinə istinadən xəbər verib.
Məlumata görə, Zarkaui əl-Xalis kimi tanınan ekstremist hava zərbələri zamanı 4 əlaltısı ilə birlikdə məhv edilib. "Briqada generalı olmuş silahlının, habelə onun 4 köməkçisinin Mosulun qərb hissəsinə endirilmiş hava zərbələri zamanı öldürülməsi barədə təsdiq olunmuş informasiya var" – deyə vilayətin şərq hissəsinin şəhər meri bildirib.
Qeyd edək ki, o, Səddam Hüseynin hakimiyyəti dövründə ölkənin güc strukturlarının zabiti olub. Əl-Xalis 2014-cü ildə İŞİD-ə qoşularaq Mosula gəlib və burada qruplaşmanın yüksək vəzifələrindən birini tutub.